Oyan
Arzu Əliyeva
Dumanlı dağların başında durdum Dumandan özümə bir xeymə qurdum Dumanlı dağların başında durdum Dumandan özümə bir xeymə qurdum Keçdi xəyalımdan öz gözəl yurdum Dumanlar içində duman göründü Duman göründü Keçdi xəyalımdan öz gözəl yurdum Dumanlar içində duman göründü Duman göründü Xəzər dənizitək eşqinlə coşdum Xülyalar içində sanki bihuşdum Xəzər dənizitək eşqinlə coşdum Xülyalar içində sanki bihuşdum Vətən arzusuyla nəğmələr qoşdum Dumanlar qarşımda dastana döndü Dastana döndü Vətən arzusuyla nəğmələr qoşdum Dumanlar qarşımda dastana döndü Dastana döndü Könüllər cəlb edən bu xoş mənzərə Şövqümü artırdı şeirə, qəzələ Könüllər cəlb edən bu xoş mənzərə Şövqümü artırdı şeirə, qəzələ Çatdıqca vətənim, elim nəzərə Təbiət də mənə heyran göründü Heyran göründü Çatdıqca vətənim, elim nəzərə Təbiət də mənə heyran göründü Heyran göründü Deyirlər, bülbülə çəmən yaxşıdır İnsançün laləzar vətən yaxşıdı Vətənimin seyrinə çağırıram elləri Cənnət, ay, yar, görmək istəyən Azərbaycana gəlsin Ay balam, ay Ay, bəzənib başdan-başa şəhərləri, kəndləri Cənnət görmək istəyən Azərbaycana gəlsin Ay dad, ay dad, ay, ey Yar... Can Yar, ey... Can yar... Yar Deyirlər, bülbülə çəmən yaxşıdır İnsançün laləzar vətən yaxşıdır Vahid, sorma, vətən nədən yaxşıdır? Adı gəlcək könlüm xəndan göründü Xəndan göründü Vahid, sorma, vətən nədən yaxşıdır? Adı gəlcək könlüm xəndan göründü Xəndan göründü Yar