Unutdu Dünya Kimləri (Feat. Aygün Bəylər)

Unutdu Dünya Kimləri (Feat. Aygün Bəylər)

Ədalət Şükürov

Альбом: İtirdim
Длительность: 4:55
Год: 2005
Скачать MP3

Текст песни

Kimləri, kimləri, unutdu dünya kimləri?
Nə qalır hər itən addan?
Nələri, nələri, unutdu dünya nələri?
Gör nələr çıxıbdır yaddan

Nələr oldu bu həyatda
Bu gün varsan, sabah yoxsan
Nələr çıxır yaddan hətta
Yadda qalmaq deyil asan

Sən döyün, ürəyim, sən döyün
Unutma sən bir tarix yazan insanı
Sən döyün, ürəyim, sən döyün, ürəyim
Tək unutma ötən hər anı

Ürəyim, ürəyim, döyün, dayanma, ürəyim
Dayanmağa haqqın yoxdur
Ürəyim, ürəyim, nələr çəkirsən, ürəyim
Əzabın sevincdən çoxdur

Nələr gördün bu həyatda?
Nələr keçdi, keçdi nələr?
Yavaş-yavaş çıxır yaddan
Acı, şirin xatirələr

Sən döyün, ürəyim, sən döyün
Unutma sən bir tarix yazan insanı
Sən döyün, ürəyim, sən döyün, ürəyim
Tək unutma ötən hər anı

Nələr gördün bu həyatda?
Nələr keçdi, keçdi nələr?
Yavaş-yavaş çıxır yaddan
Acı, şirin xatirələr

Kimləri, kimləri, unutdu dünya kimləri?
Nə qalır hər itən addan?
Nələri, nələri, unutdu dünya nələri?
Gör nələr çıxıbdır yaddan

Kimləri, kimləri, unutdu dünya kimləri?
Nə qalır hər itən addan?
Nələri, nələri, unutdu dünya nələri
Gör nələr çıxıbdır yaddan