Şirin Dil
Gülağa Məmmədov
3:57I bənd: Qız sevdim, Nargilə, Tutdum şirin dilə. Dedim gəl əhd eyləyək Canan dedi belə: – Sevmirəm, sevmirəm, sevmirəm!.. Yox, yox, yox!.. Nəqərat: Qаdаnı mən alım, Başına dolanım, Durulum, bulanım, Ay qız,ay qız! II bənd: Neçə gündür, inan, Yata bilmirəm. Vəslinə, ey canan, Çata bilmirəm. Neyləyim, kimə söyləyim Bu dərdi?! III bənd: Ay qız maaşım var, Altımda maşın var. Hər qəmzən göz üstədir Bollu daş-başım var. Sevirəm, sevirəm, sevirəm Mən, mən, mən! Ömrüm, yaraşığım, Olmuşam aşığın, Gözümün işığı, Ay qız, ay qız! Qız dedi: – Daş-başın Başına dəysin! Qadam o sürdüyün Maşına dəysin! Neyləyim kimə söyləyim Bu dərdi? Elə yox-yox deyir, Danışıb gülməyir, Dərdimi bilməyir, Canan, canan!