Şirin Dil
Gülağa Məmmədov
3:57Sahil sakit, çəkilibdir ayaqlar, Coşan dalğa qayaları qucaqlar… Deyəndə ki, gəl qayıqla üzək, yar, Çatıb qara qaşlarını nədən sən, “Olmaz-olmaz, olmaz-olmaz” deyirsən? Ay ucalır, gecə olur tən yarı, Əynin nazik, əsir dəniz rüzgarı… Üşüyürsən, bir yaxına gəl barı, Qəzəblənib alovdan don geyirsən, “Olmaz-olmaz, olmaz-olmaz” deyirsən? Sübh şəfəqi boyayanda aləmi, Töküləndə çiçəklərin şəbnəmi… Deyəndə ki, çatdı ayrılıq dəmi, Buraxmayıb əllərini əlimdən “Olmaz-olmaz, olmaz-olmaz” deyirsən?