Darıxır
Leyla Rəhimova
Soldu gül-çiçəklər və ağaclar, Bütün fəsillər indi payızdır. O sən öpdüyün siyah saçlar, Həsrətindən daha bəm-bəyazdır Gözü yollarda olan üçün Təsəllidir kölgələr də. Gözüm axtarır nədənsə, Son ümidi bəlkələrdə. Əllərini özləyir, darıxır saçlarım, Nə həsrətin bitməyir, nə Ehtiyaclarım. Qan ağlayır gözlərim, elə çox qorxuram, Qorxuram, bitirsin məni bu acılarım.