Beləyəm

Beləyəm

Əlibaba Məmmədov

Длительность: 3:53
Год: 2025
Скачать MP3

Текст песни

Sevgilimi sevməmişəm ürəksiz,
Görüşünə getməmişəm çiçəksiz.
Vətənimçün olmamışam gərəksiz, –2
Bilir Vətən, bilir anam, beləyəm,
Eşq oduna gərək yanam, beləyəm.
Nəqərat:
İlk pənahım, son pənahım vətəndir,
Səcdəgahım, qibləgahım vətəndir.
Dəyişməyən qərargahım vətəndir,
Bilir Vətən, bilir anam, beləyəm,
Eşq oduna gərək yanam, beləyəm.
Dost əlindən zəhər alsam içərəm,
Dara düşsə, bu canımdan keçərəm.
Son mənzilə kişi kimi köçərəm. –2
El oğluyam Süleymanam beləyəm,
Eşq oduna gərək yanam, beləyəm.