Gəl Ey Vəfadarım Mənim

Gəl Ey Vəfadarım Mənim

Əlibaba Məmmədov

Длительность: 5:18
Год: 2025
Скачать MP3

Текст песни

Hicran əlindən xəstəyəm,
sızlar dili-zarım mənim.
Zənn eylə ki, can üstəyəm,
gəl ey vəfadarım mənim. –2
Sən şəmi, mən pərvanəyəm, sən bəhri,
mən divanəyəm,
Sən şəmi, mən pərvanəyəm, sən bəhri,
mən dürdanəyəm,
Öz-özümə biganəyəm,
sən barı ol yarım mənim. –2
Aşiq edər candan niyaz, eşq içrə
can olsun güdaz,
Canım yanır ey sərvinaz,
ol dərdə qəmxarım mənim. –3
Mən arifəm, əhli diləm, taleh nədən
qoymur güləm?
Əfğan edən bir bülbüləm,
sənsən çəmən zarım mənim. –2
Eşqin bağında qönçəsən, güldən-çiçəkdən
incəsən,
Ənvər sorar sən incisən, –2
ey dürrü şəhvarım mənim. –2
Sən barı ol yarım mənim! –2