Qız Görüşə Tələsir

Qız Görüşə Tələsir

Əlibaba Məmmədov

Длительность: 2:52
Год: 2025
Скачать MP3

Текст песни

Yollar boyu gül-çiçək,
Sərin-sərin yel əsir.
Narahatdır bir ürək,
Qız görüşə tələsir.
Bu görüş bəxtiyarlıq,
Səadət müjdəsidir.
Nəqərat:
Bu nişandır, bu toydur,
Bu bir mahnı səsidir.
Oğlan intizardadır,
Ürəyi tez-tez əsir.
Gözləri yollardadır,
Qız görüşə tələsir.
Bu ilk sevgi, ilk görüş,
Deyin: “Uğurlu olsun!”
Onların payı gülüş,
Yolları nurlu olsun.
Yol verin ey adamlar,
Ləngitməyin onu siz,
Görüşə vədəsi var,
Məgər sevməmisiniz?
Nəqərat:
Oğlan intizardadır,
Ürəyi tez-tez əsir.
Gözləri yollardadır,
Qız görüşə tələsir