Bir Dənəsən
Əlibaba Məmmədov
3:20Sevgilim, el bilir, mən əhli-dərdəm, Səndən başqasını sevsəm, namərdəm. Qüssədən ölürəm, neyləyim ki, hər dəm, Məni qoyub baxır yana gözlərin. Məni qoyub baxır yana gözlərin. Nəqərat: Kipriklərin xəncərdir, qaşların kaman, Sevdiyin aşiqə verməzsən aman. Dedilər cəlladsan, etməzdim güman, Salacaqlar məni qana gözlərin. Sənin əlindədir hər ixtiyarım, Zalım öldür məni, qəmdən qurtarım. Bəs kimə söyləyim, kimə yalvarım? Gətiribdir məni cana gözlərin. Nəqərat: Vahidəm, sevgilim, mən də qanıram, Fitnəkar gözləri gendən tanıram. Necə deyim sənə, qəmdən yanıram, Mənimtək od tutub yana gözlərin. Gətiribdir məni cana gözlərin.