Dəşti Təsnifi (Şiire Gazele)
Əlibaba Məmmədov
3:13Ömrümü kölgətək hər zaman izlə, Sirdaş ol yetmişlə, sirdaş ol yüzlə. Nazlı gözəlləri əvvəlki gözlə, İzləyək, qocalma, görək qocalma! Ürək qocalma! Ürək qocalma! Nəqərat: Bir zirvə quş olsan enən deyilsən, Bilirəm, yolundan dönən deyilsən. Sinəmdə yanarsan, sönən deyilsən, Üstündə əssə də külək, qocalma! Ürək qocalma! Ürək qocalma! Doymayaq məhəbbət nəğmələrindən, Duyaq bu həyatı, duyaq dərindən. Gəncliyin solmayan çiçəklərindən, Al-əlvan çələnglər hörək, qocalma! Ürək qocalma! Ürək qocalma!