Bu Həyat Bizim

Bu Həyat Bizim

Miri Yusif

Альбом: Nirvana
Длительность: 3:47
Год: 2012
Скачать MP3

Текст песни

Yağış kosmetikanı yuyar üzündən
Sən ən gözəlsən, balam, yer üzündə
Doğulur Günəşin işığı gözündə
Şərbəti dadaram mən hər sözündə
Baxışları sanki Ay əvəzi
Fikirlərimin doğulan yeni nəfəsi
Oyat məni, oyat məndəki həvəsi
Sənin üçün açıram sevgi qəfəsi
Toxun mənə, toxun yenə
Məni göyə apar
Bizi sevgi dünyasına
Köçürür bu qatar
Əlini aç yenidən
Uzat mənə, əzizim
Qucaqla məni bərk
Bu həyat bizim

Ürəyinə düşməz heç vaxt kölgələr (kölgələr)
Sənə görə quraram, balam, yeni ölkələr
Göydə yanıb-sönür parlaq ülkərlər
Qəlbimdə yatan zərif mələklər
Küləklər deyir qulağıma adını
Sənin adın yaşadır hey yadımı
Əqrəblər döyünür sənlə yenə
Susma, dur mənə təcili zəng elə
Toxun mənə, toxun yenə
Məni göyə apar
Bizi sevgi dünyasına
Köçürür bu qatar
Əlini aç yenidən
Uzat mənə, əzizim
Qucaqla məni bərk
Bu həyat bizim

(Bu həyat bizim)

(Bu həyat bizim)
Toxun mənə, toxun yenə
Məni göyə apar
Bizi sevgi dünyasına
Köçürür bu qatar
Əlini aç yenidən
Uzat mənə, əzizim
Qucaqla məni bərk
Bu həyat bizim
(Bu həyat bizim)
(Bu həyat bizim)
(Bu həyat bizim)
(Bu həyat bizim)