İnsan Dedilər
Okaber
3:07Eşitdim, inandım, gördüm, inanmadım Bu, sadəcə həyatdır, gedirik dayanmadan Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən Səs çıxar tək əldən, hər şey asılıdır əməldən Eşitdim, inandım, gördüm, inanmadım Bu, sadəcə həyatdır, gedirik dayanmadan Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən Səs çıxar tək əldən, hər şey asılıdır əməldən Əvvəl İçərişəhər bizim idi, ser, indi sizin İndi şəhər bizimdir, amma içərisi ingilisin İndi Qəddafiyə çökdü, əvvəl Səddamın İraqına Qorxuram, sonra girər bizim maşının da bakına 70 il çaşdıq, qaldıq, bizə niyə kommunist deyirlər Əvvəl müsəlman idik, indi terrorist deyirlər Özümüzü öyürük deyəndə "рисовка" bəyənirik biz Əvvəl namaz qılırdıq, indi maska geyinirik biz Əvvəl inanmadıqlarımıza indi inandırırlar Əvvəl Quran oxuyurdular, indi yandırırlar Əvvəl sələm götürürdük, indi kredit götürürük Özü də bankdan faizlə çeşid-çeşid götürürük Əvvəl bazarlıq eləyirdik, indi "shopping" eləyirik Əvvəl idman, indi çox vaxt "doping" eləyirik Əvvəl adətlər var idi, indi toylar efirdə Yatar, durar, içər, vurar, hətta soyunar efirdə Eşitdim, inandım, gördüm, inanmadım Bu, sadəcə həyatdır, gedirik dayanmadan Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən Səs çıxar tək əldən, hər şey asılıdır əməldən Eşitdim, inandım, gördüm, inanmadım Bu, sadəcə həyatdır, gedirik dayanmadan Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən Səs çıxar tək əldən, hər şey asılıdır əməldən Əvvəl Cavid Məlikməmməd, Coni oxuyurdu Piter Pen İndi Aşot Məlikməmməd, Cavid oxuyur Piter Pen Sarı gəlini apardılar, biz "блондинка" axtarırıq Ayka, Nurka, Narka, Simka, Cinka axtarırıq Əvvəl adımız bəs idi, indi lazımdı "CV" Əvvəl "Спокойной ночи малыши", indi "REN TV" Əvvəl kinoteatrda "anşlaq" gələndə təzə kino İndi kinoteatr, çayxana, hər gün çay, domino Əvvəl düz danışmalıydın, çünki düz yaşamalısan İndi düz yaşamaq üçün yalan danışmalısan Özü də gəldi-gəlmədi, yalan, adətən, danışırıq İnsanın gözünün içinə baxıb bədahətən danışırıq Bu gün varsan, sabah yox, qərb bu fikrə yaxındır Əvvəl Bin Laden lazım idi, indi qələmi sındı Yaşadığımız kainat eyni zamanda qazamatdır Bin Laden də anlamadı, bu, sadəcə həyatdır Eşitdim, inandım, gördüm, inanmadım Bu, sadəcə həyatdır, gedirik dayanmadan Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən Səs çıxar tək əldən, hər şey asılıdır əməldən Eşitdim, inandım, gördüm, inanmadım Bu, sadəcə həyatdır, gedirik dayanmadan Əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən Səs çıxar tək əldən, hər şey asılıdır əməldən