Morq
Okaber
3:36Gücümüz qalmayıb qaldırmağa bir cənazəni Qan axan çiyinlər də apara bilmir dəmir mafəni Son məsafəni görüb, çarmıxı vurub əlimə Məkkədən Mədinəyə, Nazaretdən Yerusəlimə Gecələr tonqal qurub yandırıram xatirələri Ruhən fahişə olub da, cismən bakirələri Qismən faciələri göz yaşında boğ getsin Sənə öyrədilən də budur, hara gəldi, sox getsin Əqidəm düz, ya da səhv, ölsəm, dönmərəm Bilsəm, dönən yoxdur, heç görsəm, ölmərəm Tökdüyünüz qan qədər tökməyə var qan bizim də 37-nin hesabını ver, sonra danışaq kommunizmdən Bura – yalanlar ölkəsi Bura Zeytgeyts-ə baxıb ateist olanlar ölkəsi Buranın Məhəmmədi "неправ" Mamedi "прав"dır Ermənini söyənin sevdiyi veriliş "Comedy Club"dır Efir də çəmənlikdir, hər gün söyüşən qoyunlar Burada insanın nəslini kəsib ona heykəl qoyurlar Polislər möhkəm vururlar, polislər – "rapkilla" Deputatlar mumiyalanıb, məmurlar – "Godzilla" Çatlasın beyin, tutulsun dil, partlasın bağır Bizim üstümüzə yaltaqlıq yuxarıdan yağır Həyat boğar zəifləri, öldürər gücsüzləri Nə üzlü insanları anladım, nə də üzsüzləri Ona görə də, bizim yol fərqli Qaraqan, Ali Khayyam, Okaber, RG Əgər götürməzsə beyin, onda siz hələ də deyin Bütün "show"lar eyni, "Madhouse show" fərqli Bizim yol fərqli Qaraqan, Ali Khayyam, Okaber, RG Əgər götürməzsə beyin, onda siz hələ də deyin Bütün "show"lar eyni, "Madhouse show" fərqli Ətraf çirkaba döndükcə şeir ədəbiləşir Şair əsəbiləşir: "Görən, varmı əbədi bəşər?!" Dahilər əbədiləşir, insanlar unudurlar Yarpaq var, özü quruyur, yarpaq var, qurudurlar Ömür gətir-götür Mən görüb-götürmüşəm Sən də çəkib ötür yazılarımı Hədəfi tətik sökür İnsan ətin tökür bir gün Görəndə ki əlini rəqib öpür Həyatımıza haram qatın, atın, zibilə döndərin Mənim bədənim soyuğa öyrəşib, məni Sibirə göndərin Manqurtun başına keçi dərisi tikib "дебил"ə döndərin Dayazda boğulmursan, fəlsəfəmin dibinə göndərim Buranın gədələrindən yoxdur Mənim travmalarım zədələrimdən çoxdur Hara baxırsınız?! Ermənidən betər olan gündən qara yaxırsınız Bizim yol fərqli Qaraqan, Ali Khayyam, Okaber, RG Əgər götürməzsə beyin, onda siz hələ də deyin Bütün "show"lar eyni, "Madhouse show" fərqli Bizim yol fərqli Qaraqan, Ali Khayyam, Okaber, RG Əgər götürməzsə beyin, onda siz hələ də deyin Bütün "show"lar eyni, "Madhouse show" fərqli