Morq
Okaber
3:36Yaşamaqdır tək dərd Burada mənəm, Bağdadda "Saddam from Baghdad" Bilinmir, nə qədərdir arzular qondarma Hər biri viranədir, hər biri bombardman Bu şeirin üslubu mənim Necə ki, mənimdir hər qarışı, hər daşı Kvadratı, çevrəsi, hər kubu mənim Könlümün sevgili məhbubu mənim Gözü bağlı, qolu qandal Bipolyar pozuntular dolu çanta Yox, gətirsin kitab, oxuyan aydınlansın Hər şeyi qavramağa, gərək, beyin gətirsin ki tab Kiminsə əli pula Çatan kimi dönüb olur "Caligula" Bədənimə baytar, ruhuma dua Ən əsas bilməliyəm, kim göndərib məni bura Biz dənizlərin dibindən Dahilərin sözündən Sevənlərin gözündən Daha dərin üsyanıq Daha dəli üsyanıq Çox uzun yolu biz qət elədik artıq, dayanıb bax Yol boyu fleyta çalırdı İsrafil, piano – Bax Ulduzun parlayar o vaxt ki Mikrofonu qoyub gedək hələ ki El bir olub şərəfimizə qədəh qaldırır piyan oba Boş ver, uğurunuz da nisbi Rep bizimçün səhər şirin çaya salıb yediyimiz biskvit "Sabahın xeyir, kral"-,deməyə yox ehtiyacımız Hərləmirik biz "king" Axı adımıza olmayan küçələr Belə yaxşı bilir, biz kimik Uğura obsessiv Çıxır "hit"lərimiz intensiv Məni dağ başına qoyanlar Seçimini eləyib bülletensiz Musiqi çörək qlütensiz Sənətimizi saymayanların Sənətinə "rest in peace" Yuxarı bax, yenidən biz Eşidirəm səslər, uzaqdan bərkdən gəlir Keçməyənlər məktəb fənni Baxın görün, məktəb nədir Bizə qarşı quşlayanların Ağzı sümükdən, saqqalı ətdən gəlir Xoş gəldin meydana, Oka "Track" yazmırıq "Mad"dən bəri Biz dənizlərin dibindən Dahilərin sözündən Sevənlərin gözündən Daha dərin üsyanıq Dənizlərin dibindən Dahilərin sözündən Sevənlərin gözündən Daha dərin üsyanıq Daha dəli üsyanıq