Gəl Və Bax
Qaraqan
3:15Səni gözəl xatırlayıram Sənlə keçən ömür müşfiqə bənzər Qəlbin idi eşqimə mənzər Ki, bu gözlər üçün cahanda Tək sən idin möcüzə Vurulmuşdum bir üzə Bu ümmanda bir üzək Yenə həsrət Sənin üçün darıxmaq belə İnan, müqəddəs dərd Gətir ətrini, əs bərk Üzün ibadətgaha bənzər Ruhum sığınmaq istər Soyuq bədənində solan gülüm bağ istər Və yaddaşımdan pay istə Səni gətirim, bu dünyanın Xislətindən ar istə Gülüşün sapfirə bənzər Nə qədər dərinsən ki Yanında saf biriyəmsə Hələ də diriyəmsə Sevgim yanar dağa bənzər Yenə o bağa bənzər Görüş yerimiz varmı? Bu dünya belə nəhəngsə Nədən yerimiz dardır? Bu gecə içirəmsə Demək, əcəlim səhv Unutmaram simanı Güzgüdəki əksimə bənzər Gəl dayanaq yollar ortasında Soyuqlarda qal yanımda Təki səsləyəndə gəl Təki səsləyəndə gəl Dayanaq yollar ortasında Soyuqlarda qal yanımda Təki səsləyəndə gəl Təki səsləyəndə gəl Səni gözəl xatırlayıram İstəməzdim, bu qədər erkən sən daş olasan Şeirdə yaddaş olasan Nə edək, ölüm mahnıya bənzər Oturub ağlayaq Ən sərt qayaların incə dalğalarla rəqsi Ağrıya bənzər Sükut sən gedəli ən şirin həmsöhbətim Əzbərləyib hər söhbəti Bu divarlar bizim idi Qucağım indi güldana bənzər Boşdur, çiçəyinə həsrət Nədən bitən hekayələrlə Bu günü sınağa çəkir gələcəyimiz bərk? Sayılı günlərimiztək Həyatımsa bir cüt gülə bənzər Bəxtim deyil ənsər Əksimə düşür hər zər Bu gedişlərin dönüşü olmadığını bilirəmsə Demək, ümidim yeriyən səhv Köhnə şəkillərdə utanırdım toxunmağa sənə İndi söylə, bəyaz əllərinin yanına necə əl çəkim? Keçdi, bu ömür durnaya bənzər Dayanıb dünyaya bənzər Bu sevdadan necə əl çəkim? Gəl dayanaq yollar ortasında Soyuqlarda qal yanımda Təki səsləyəndə gəl Təki səsləyəndə gəl Dayanaq yollar ortasında Soyuqlarda qal yanımda Təki səsləyəndə gəl Təki səsləyəndə gəl Dayanaq yollar ortasında Soyuqlarda qal yanımda Təki səsləyəndə gəl Təki səsləyəndə gəl