Gəlsin (Feat. Ilkin Dövlətov)
Vüqar Camalzadə
5:18Hanı bir yel, apara könlü gülüstanə tərəf Tutaraq bəlkə yaxamdan çəkə cananə tərəf? Hanı bir yel, apara könlü gülüstanə tərəf Tutaraq bəlkə yaxamdan çəkə cananə tərəf? Ürəyim düşdü iki dərdi-bəla ortasına Gah gedər kakilə, gah zülfi-pərişanə tərəf Can çətinliklə çıxır, başımın üstə tez gəl Gözlərim tez aparır canımı müjganə tərəf Yusifi cəlb elədi, bil ki, Züleyxa yuxusu Çəkdi Kənandan onu Misrə, o samanə tərəf Xəbər et nazlı kamandara ki, öz şəsti ilə Çəkə bu qəlbimi bir ləhzədə peymanə tərəf Mən susuz qalmışam, əfsus ki, pərəstarım yox Ki, çəkə ləblərimi cahi-zənəxdanə tərəf Mən susuz qalmışam, əfsus ki, pərəstarım yox Ki, çəkə ləblərimi cahi-zənəxdanə tərəf Ay aman, aman, aman, aman, ey... O xumar gözləri heç meylə ayılmaz, əsla Bir cam aşiq qanı içər, əl atar canə tərəf Biz onun xəncərinə hazır olan qurbanıq Kaş ki bir ləhzə baxa, kaş ki bir ləhzə baxa Biz kimi qurbanə tərəf, a-a-a-a Ağlayarsa belə bir nalə ilə Xaqani Qorxuram, göz yaşı çəksin onu tufanə tərəf Qorxuram, göz yaşı çəksin onu tufanə tərəf Qorxuram, göz yaşı çəksin onu tufanə tərəf Qorxuram, göz yaşı çəksin onu tufanə tərəf