Dedilər (Feat. Hüseyn Məlikov)

Dedilər (Feat. Hüseyn Məlikov)

Vüqar Camalzadə

Альбом: Dövri-Səda
Длительность: 5:18
Год: 2024
Скачать MP3

Текст песни

Ləbinə əhli-nəzər çeşmeyi-heyvan dedilər
Gərçi uçmaq hurusu cümlə ona can dedilər
Səni bu hüsni-camal ilə, bu lüft ilə görüb
Səni bu hüsni-camal ilə, bu lüft ilə görüb
Qorxdular həq deməyə, döndülər, insan dedilər
Qorxdular həq deməyə, döndülər, insan dedilər

Surətin vəsfini sordum isə hər taifədən
Məninin güzgüsünü surəti-rəhman dedilər
Sünbülün halı pərişan, dedilər, hal əhli
Allah-Allah, nə üçün, mişkə pərişan dedilər?
(Sünbülün halı pərişan, dedilər, hal əhli)
(Allah-Allah, nə üçün, mişkə pərişan dedilər?)

Bir qılın qiymətini hər kimə sordumsa, ona
Gənci-Qarun ilə min mülki-Süleyman dedilər

Düşmənin adını aşiqlərə sordum ki, nədir
Eşidən cümlə nə kafər, nə müsəlman dedilər
Şək deyil kim, üzünü görməmiş anlar ki, səni
Şək deyil kim, üzünü görməmiş anlar ki, səni
Huriyə bənzədübən Yusifi-Kənan dedilər
Huriyə bənzədübən Yusifi-Kənan dedilər

Ləblərin vəslinə irmək mana müşkül görünür
Gərçi sordular anı, dil ilə asan dedilər
Ağzın əsrarına əndişə qaçan vaqif ola
Ki, üqul əhli ana nükteyi-pünhan dedilər
(Ağzın əsrarına əndişə qaçan vaqif ola)
(Ki, üqul əhli ana nükteyi-pünhan dedilər)

Ey Nəsimi, dəmi-İsa deyil isə nəfəsin
Nəfəsi doğrular ona nə üçün can dedilər?
Ey Nəsimi, dəmi-İsa deyil isə nəfəsin
Nəfəsi doğrular ona nə üçün can dedilər?