Bağlı Qapı [Meyxana] (Feat. Vüqar Əbdülov)
Ədalət Şükürov
3:39Üçüncü sinifdə oxuyurdum Dərsləri azacıq bilirdim Anamın qırmızı yaylığını Gizlincə mən sənə gətirdim Anamın o qırmızı yaylığı Sənin tellərini bəzədi Bilmirəm anam onu bildimi? Amma mənə bir söz demədi Qırmızı, qırmızı, qırmızı yaylığı Gəlib sənə hədiyyə etdim Bu qırmızı, qırmızı, qırmızı yaylığı Bir gün evdən götürüb getdin Qırmızı, qırmızı, qırmızı yaylıqdır O günlərdən xatirə qaldı Qırmızı, qırmızı, qırmızı yaylıqdır Bəlkə məni yadına saldı? İndi mən səndən ayrı qalsam da Bilmirəm, kiminlə haradasan? Qırmızı yaylıqlı qız görəndə O an səni yada salıram Kaş məktəb illəri bitməyəydi! Görəydim səni mən hər səhər Ürəyim səni heç unutmayır Aradan keçsə də çox illər Qırmızı, qırmızı, qırmızı yaylığı Gəlib sənə hədiyyə etdim Bu qırmızı, qırmızı, qırmızı yaylığı Bir gün evdən götürüb getdin Qırmızı, qırmızı, qırmızı yaylıqdır O günlərdən xatirə qaldı Qırmızı, qırmızı, qırmızı yaylıqdır Bəlkə məni yadına saldın? Ay ana, indi oğlun böyüyüb Daha evdən yaylığın itməz Bu gün keçmişə döndüm bir anlıq O şirin xatirələr bitməz Bir vaxt evdən yaylıq apardım mən O yaylığın qayıtmaz geri İndi hədiyyəni qəbul elə Bu da o yaylıqlardan biri Qırmızı, qırmızı, qırmızı yaylığı Gəlib sənə hədiyyə etdim Bu qırmızı, qırmızı, qırmızı yaylığı Bir gün evdən götürüb getdin Qırmızı, qırmızı, qırmızı yaylıqdır O günlərdən xatirə qaldı Qırmızı, qırmızı, qırmızı yaylıqdır Bəlkə məni yadına saldın? Bəlkə məni yadına saldın? Bəlkə məni yadına saldın?