Küsüb Getdi
Gülağa Məmmədov
3:21Elə ki, son bahar verir hökmünü, Sonalar ayrılır göldən xəbərsiz. Çiçəklər saralıb, güllər sovuşur Çəməndən xəbərsiz, çöldən xəbərsiz. Şimşək göydə çaxıb göyləri yarır, Pələngin canını üşütmə sarır. Daşlar dilə gəlib, haray qoparır Tufandan xəbərsiz, yeldən xəbərsiz. Sular buz bağlayıb donur sazaqdan, Tüstü qıvrım-qıvrım qalxır uzaqdan. Yarpaqlar üzülüb enir bulaqdan Küləkdən xəbərsiz, yeldən xəbərsiz. Alışdım min kərə, yandım min kərə, Özüm də bilmirəm, nə edim ömrə. Yar-yoldaş yanında göz görə-görə Saçlara dən düşür ildən xəbərsiz. Əzəldən vurulub ana torpağa, Çevirdim üzümü arana, dağa. Günlər Hüseyni də çəkir sınağa Obadan xəbərsiz, eldən xəbərsiz.