Dəşti Təsnifi (Şiire Gazele)
Əlibaba Məmmədov
3:13Bir busədə min ecaz! Tale mənə yar oldu! –2 Bir güllə bahar olmaz, bir güllə bahar oldu. –2 Yar yar ilə yarlaşdı, əhd etdi qərarlaşdı, –2 Qış fəsli baharlaşdı, bir busə nübar oldu. –2 Sevgi! Yaşasın sevgi! Bir bülbülü gül sevdi, –2 Göz gördü, könül sevdi, qəlb eşqə düçar oldu. –2 Qəm-qüssəni ağlatdım, atdım kədəri atdım, Xoşbəxtliyə mən çatdım, qəm qaçdı kənar oldu. Düşdün bu sayaq Şahin, ilkin çağına eşqin, Girdin bağına eşqin, bir busə açar oldu. Bir güllə bahar olmaz, bir güllə bahar oldu. –2