Mən Qısqanıram

Mən Qısqanıram

Əlibaba Məmmədov

Длительность: 6:26
Год: 2025
Скачать MP3

Текст песни

Qıvrım saçlarını nazik əllərin,
Niyə tumarlayır, mən qısqanıram.
Hörükdən açılan qara tellərin, –2
Səni qucaqlayır, mən qısqanıram. –2
Nəqərat:
Süzdürə-süzdürə ala gözləri,
Barı bircə dəfə baxmadın geri.
Sənin ayaqlayıb keçdiyin yeri,
Sənin ayaqlayıb keçdiyin yeri,
Kimsə ayaqlayır, mən qısqanıram.
Bircə gün görməsəm dəyişir halım,
Nə işə salmısan, məni ay zalım?!
Bu nədir? Ardınca gəzən xəyalım, –2
Səni soraqlayır, mən qısqanıram. –2