Səni Gözlər (Şən Mahnı)

Səni Gözlər (Şən Mahnı)

Əlibaba Məmmədov

Длительность: 5:20
Год: 2025
Скачать MP3

Текст песни

Sən mənim canımsan, şirin canımsan,
Ətirli bağçamda bar səni gözlər.
Elimsən, günümsən, mehribanımsan,
Gözəl məclisimdə tar səni gözlər.
Nəqərat:
Gəl, gözəl yar!
Gəldi bahar!
Gözlərim yolda qaldı,
Rəngim solub-saraldı.
Sevmişəm, ey yar, səni,
Həsrətdə qoyma məni yar.
Gəl sevib-sevilək,
Eşqin qədrin bilək,
Bir deyək, bir gülək, yar.
Viranə əlinlə gülüstan olur,
Can cahanə dönür, cahan can olur.
Bütün qaranlıqlar çıraqban olur,
Ellərin şənliyi, yar, səni gözlər.