Sənin Ilə Keçən Günlər

Sənin Ilə Keçən Günlər

Əlibaba Məmmədov

Длительность: 4:17
Год: 2025
Скачать MP3

Текст песни

Yenə məni soraqladı, –2
Sənin ilə keçən günlər.
Eşqimizi varaqladı, –2
Sənin ilə keçən günlər.
Zirvədəki qara döndü,
Xəstə üçün nara döndü.
Hara getdi, hara döndü,
Sənin ilə keçən günlər?
Nəqərat:
Qış vaxtında yaz oldular,
Simi qırıq saz oldular.
Niyə belə az oldular,
Sənin ilə keçən günlər?
Sənsizliyə xaldı indi, –2
Hər birisi baldı indi.
Uzaqlarda qaldı indi, –2
Sənin ilə keçən günlər.
Demirəm ki, sönəydilər,
Barı bir gün dinəydilər.
Kaş geriyə dönəydilər,
Sənin ilə keçən günlər!